Türkiyədə tarixi hesab edilən 5 əlyazma kitab müsadirə edilib

26-01-2024, 09:24           
Türkiyədə tarixi hesab edilən 5 əlyazma kitab müsadirə edilib
Türkiyənin Çorum vilayətində bir avtomobildə aparılan axtarış zamanı tarixi dəyəri olduğu bildirilən 5 əlyazma kitab ələ keçirilib və 4 şübhəli saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çorum Valiliyindən məlumat verilib.

Məlumata görə, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları şəhərin girişində bir nəqliyyat vasitəsini dayandırıb.

Nəqliyyat vasitəsinə baxış zamanı bel çantasında tarixi hesab edilən 3-ü böyük, 2-si kiçik olmaqla 5 ədəd əlyazma kitab götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru