Goranboyda qadın getdiyi toy məclisində vəfat edib
26-01-2024, 15:08
Goranboyda keçirilən toy məclisində qonaqlardan biri vəfat edib.
“Unikal”ın məlumatına görə, hadisə Dəliməmmədli şəhərində baş verib. Toy məclisində halı pisləşən 1970-ci il təvəllüdlü rayon sakini Lalə Nuru qızı Məmmədovaya yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.