Fahrettin Altun: “Azərbaycanlı qardaşlarımızla hər sahədə həmrəyliyimizi davam etdirəcəyik” - FOTO

27-01-2024, 11:54           
Fahrettin Altun: “Azərbaycanlı qardaşlarımızla hər sahədə həmrəyliyimizi davam etdirəcəyik” - FOTO
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altuna Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “X” hesabında təşəkkür paylaşımına münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, Fahrettin Altuna sosial şəbəkədəki rəsmi hesabında yazıb:

“Dəyərli qardaşım Hikmət Hacıyev “Bir millət iki dövlət” devizi ilə siz dəyərli azərbaycanlı qardaşlarımızla hər sahədə əməkdaşlıq və həmrəyliyimizi davam etdirəcəyik.
Kommunikasiya və dezinformasiyaya qarşı mübarizə bu sahələr arasında ən mühümlərindəndir. Ümidvaram ki, Azərbaycanla yan-yana, çiyin-çiyinə apardığımız həqiqət uğrunda mübarizə sizin varlığınızla daha da güclənəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru