Çevrilişdə iştirakını marketdə öyrənən əsgər danışdı
3-08-2016, 21:07
İstanbulda 15 iyul gecəsi bir marketdə televiziya ekranında hərbi çevrlişə cəhdi görüb ağlayan əsgər ortaya çıxıb.
Axar.az xəbər verir ki, 8 gün həbsxanada qaldıqdan sonra azadlığa buraxılan Rəsul Nişancı Rizədə keçirilən musiqi festivalında "Türkiyə səninlə qürur duyur" şüarları altında səhnəyə dəvət edilib.
Hərbi çevrilişdə iştirakını televiziya ekranlarından öyrəndiyini deyən Nişancı çaşbaş qaldığını bildirib:
"Bu bayraq hər zaman göy üzündə olacaq. Bunu heç kim yerə endirməyəcək. Mən vətənimi və bayrağımı sevdiyim üçün əsgərliyə getdim. Bu mənim bədənimdən keçən qanın rəngidir. Mən vətənimi necə satım axı?"