Rumıniya Türkiyə ilə birlikdə “Bayraktar” istehsal etmək niyyətindədir

31-01-2024, 11:59           
Rumıniya Türkiyə ilə birlikdə “Bayraktar” istehsal etmək niyyətindədir
Rumıniya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı məsələni nəzərdən keçirməyi xahiş edib.

Bu barədə Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan məlumat verib.

“2023-cü ildə Rumıniya bizdən 18 ədəd “Bayraktar TB2” döyüş PUA-sı alıb. Bu il də təchizat davam edir, gələcək illərdə də davam edəcək. Rumıniya bu məhsulun birgə istehsalına dair sorğu göndərib”, - deyə o bildirib.

Səfirin sözlərinə görə müdafiə sənayesi sahəsində bir neçə bitməmiş tender var və Türkiyə şirkətləri üçün Rumıniya şirkətləri ilə əməkdaşlıq çox vacibdir.

Altan həmçinin qeyd edib ki, bu mövzunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın Buxarest səfərinin gündəmində olacağı gözlənilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru