Qazaxıstanda səfərbərlik ELAN EDİLDİ

31-01-2024, 09:40           
Qazaxıstanda səfərbərlik ELAN EDİLDİ
Qazaxıstanın baş naziri Əlixan Smailov ehtiyatda olan zabitlərin iki illik hərbi xidmətə səfərbər edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "EADaily" məlumat yayıb.

Qeyd olunub ki, hərbi xidməti başa vurmamış zabitlər hərbi xidmətə çağırılır.

"2024-cü ildə qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə yararlı və onu başa vurmamış ehtiyatda olan zabitlər 24 ay müddətinə hərbi xidmətə çağırılsın, zabit vəzifələrində hərbi xidmət keçsin", - sərəncamda deyilir.

Sənədə əlavədə qeyd olunur ki, bu il 600 nəfər Qazaxıstan Respublikası Silahlı Qüvvələrinə, 80 nəfər Sərhəd Xidmətinə, 42 nəfər Milli Qvardiya sıralarına, 30 nəfər Fövqəladə Hallar Nazirliyinə hərbi xidmətə çağırılır. Səfərbərliyin təşəbbüskarı respublikanın Müdafiə Nazirliyidir.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru