İnsanların girov götürüldüyü fabriklə bağlı ilk görüntülər və yeni məlumatlar ortaya çıxdı - FOTO

2-02-2024, 00:08           
İnsanların girov götürüldüyü fabriklə bağlı ilk görüntülər və yeni məlumatlar ortaya çıxdı - FOTO
Xəbər verdiyimiz kimi, İstanbulda əlində silah olan şəxs "Procter & Gamble" (P&G) zavodunun işçilərini girov götürüb.

32gun.az Türkiyə Kİv-nə istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni məlumatlar və görüntülər ortaya çıxıb.

Polis Kocaelinin Gebze rayonunda P&G şirkətinin əsas fabrik binasına basqın edərək içəridəkiləri girov götürən şəxsi razı salmağa çalışarkən, vali Seddar Yavuz da bölgəyə gələrək qruplardan məlumat alıb.

Şübhəlinin 7 nəfəri girov götürdüyü iddia edilərkən, fabrikin içindən çəkilmiş foto ortaya çıxıb. Fotoda üzünü Fələstin şərfi ilə bağlayan və üzərində bomba qurğusuna bənzər cihaz olan şəxsin əlində silahla poza verdiyi görülüb.

Şübhəli şəxs fotoda divara sprey boyalarla "Qapılar açılacaq. Qəzzaya ya musalla, ya ölüm" yazıb və Türkiyə və Fələstin bayrağını çəkib.

Təmizlik və fərdi qulluq məhsulları sahəsində fəaliyyət göstərən fabrikdə 2 nəfər olduğu aşkarlanan hücumçuların 6-sı kişi, 1-i qadın olmaqla, ümumilikdə 7 nəfəri girov götürdüyü bildirilib. Girov götürülənlərdən 3-nün şirkətin mühasib, 1 nəfərin layihə rəhbəri, digər 3 nəfərin isə zavod işçisi olduğu iddia edilib. Fabrikdə girov götürülən işçilərə aid olduğu deyilən ilk görüntülər də ortaya çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.