Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər - YENİLƏNİB + VİDEO
2-02-2024, 07:45
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
Fabrikə daxil olan polis qrupları İbrahim Y-ni saxlayıb.