Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın - Qəbiristanlıqdan çıxmır

2-02-2024, 09:12           
Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın - Qəbiristanlıqdan çıxmır
Ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ağır nəticələri davam edir. Belə ki, zəlzələdə oğlu, gəlini və iki nəvəsini itirən Azet Yılmaz adlı qadın günün çox hissəsini ailəsinin dəfn olunduğu qəbiristanlıqda keçirir.

Bu barədə TRT Haber məlumat yayıb.

Oğlunu, gəlnini və iki nəvəsini saatlarla dağıntılar altında şad xəbər almaq ümidilə gözləyərkən torpağa tapşıran Azet Yılmaz o vaxtdan bəri gününün çox hissəsini qəbiristanlıqda keçirir:

“Bir gün gələcəklər deyə, onları gözləyirəm. İlk zəlzələdə oğlumu, gəlinimi və iki nəvəmi itirdim. 38 saat dağıntılar altında qaldılar. Sonra bir-bir çıxardılar. Hər gün qəbiristanlığa gəlirəm, bura mənim evimdir. Evə gedib yatandan sonra qəbiristanlığa gəlmək üçün səhərin açılmasını gözləyirəm”.

Qeyd edək ki, 2023-cü il fevralın 6-sı Kahramanmaraşda ard-arda 7,7 bal gücündə ilk zəlzələ baş verib. Nəticədə Ayşegül Yılmaz cütlüyü və uşaqları İlayda və Engin Yılmaz dağıntılar altında qalıblar. Onlar zəlzələnin 38-ci saatında ölü tapılıblar.


Mənbə: qafqazinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.