Türkiyə İsrailin casusu olduğunu iddia etdiyi 7 nəfəri saxlayıb - TƏFƏRRÜAT

3-02-2024, 11:14           
Türkiyə İsrailin casusu olduğunu iddia etdiyi 7 nəfəri saxlayıb - TƏFƏRRÜAT
Türkiyədə İsrailin Kəşfiyyat Xidməti “Mossad”la əməkdaşlıq edən şəxslər saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuata təhlükəsizlik strukturlarındakı mənbə bildirib.

Qeyd olunub ki, daha əvvəl İstanbul və İzmirdə saxlanılan 7 nəfərin işi üzrə araşdırma başlayıb. Onlar “Mossad”a üçüncü şəxslərin məlumatlarını ötürməkdə şübhəli bilinirlər.

Məlumata əsasən, “Mossad”ın şübhəlilərlə ilk əlaqəni araşdırma şirkəti adı altında qurduğu müəyyən edilib. Şəbəkədə iştirak edəcək şəxsləri müəyyən etmək üçün əvvəlcə sadə araşdırma tapşırıqlarının verildiyi və bu prosesdə tapşırıqlar arasında qəsb və ya sui-qəsd kimi cinayətlərin də əlavə edildiyi müəyyən edilib.

Bu cinayətlər üzrə “Mossad”ın kommunikasiya proqramları vasitəsilə qrupların yaradılması və idarə edilməsi, internet saytının yaradılması, dizaynı, əməliyyat xətlərinin təmin edilməsi və hakerlərin tapılması kimi texnoloji fəaliyyətlərdə də qurumun resurslarından istifadə edildiyi üzə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.