ABŞ Türkiyəyə vermədiyi F-35-lərin saxlanılmasına görə bu ölkədən ödəniş tələb edir

4-02-2024, 15:43           
ABŞ Türkiyəyə vermədiyi F-35-lərin saxlanılmasına görə bu ölkədən ödəniş tələb edir
ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini almaq qərarından sonra Türkiyəyə verməkdən imtina etdiyi 6 ədəd beşinci nəsil “F-35A Lightning II” qırıcısının saxlanması və texniki xidmətinə görə Türkiyədən əlavə ödənişlər tələb edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“ABŞ Türkiyədən anqar və qırıcıların saxlanması, həmçinin texniki baxış xərcləri üçün pul tələb edir. ABŞ, həmçinin istehsalda iştirak edən türk şirkətlərinin proqramdan çıxarılması səbəbindən artan xərclər səbəbilə F-35-in tədarük zəncirində yaranan fasilələrə görə də Türkiyədən əlavə ödənişlər də tələb edir”, - qəzet qeyd edir.
Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN-ə müsahibəsində Rusiyanın S-400 zenit-raket kompleksi ilə bağlı məsələni həll etmək mümkün olarsa, Vaşinqtonun Ankaranı F-35 proqramına qaytarmağa hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Türkiyə 2019-cu ildə S-400 aldıqdan sonra iştirakçısı olduğu F-35 proqramından çıxarılıb. Türkiyə həmçinin 6 ədəd F-35-in alınması üçün AB,-yə 1 milyard dollardan çox ödəniş də edib. Lakin ABŞ hələ də F-35-lərin Türkiyəyə çatdırılmasını təmin etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.