Pedofillərin bu türk ölkəsinə girişi qadağan olunacaq

14-02-2024, 16:31           
Pedofillərin bu türk ölkəsinə girişi qadağan olunacaq
Qazaxıstan hakimiyyəti digər ölkələrdən olan pedofil, ekstremist və terrorçuların ölkəyə girişini qadağan edəcək.

Müvafiq qanun layihəsi respublika parlamentinin deputatları tərəfindən təsdiq edilib.

“Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına əhalinin miqrasiyası və cəza sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Qanunvericilik və məhkəmə-hüquq islahatı komitəsində deyildiyi kimi, yenilənmiş qanun miqrasiya sahəsində qanunvericiliyə riayət olunmasına nəzarətin təkmilləşdirilməsinə kömək edəcək.

Əsas düzəliş yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərə görə məhkumluğu olan əcnəbilərin ölkəyə girişinin məhdudlaşdırılmasını nəzərdə tutur. Habelə yeni qanun layihəsi Qazaxıstan Respublikası vətəndaşlığının verilməsini, habelə ekstremist və ya terrorçuluq fəaliyyəti ilə məşğul olan əcnəbilərin respublikaya girişinə qadağa qoyulmasını tənzimləyir.
Mənbə: publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.