Antalyada daşqından əvvəl yaranan qorxunc görüntü insanları vahimələndirdi

15-02-2024, 09:14           
Antalyada daşqından əvvəl yaranan qorxunc görüntü insanları vahimələndirdi
Türkiyənin Antalya şəhərində ötən gün başlayan və bir nəfərin ölümünə səbəb olan sel daşqınından əvvəl güclü ildırım çaxıb.

Gununsesi.info xəbər verir ki, bu qorxunc görüntü təsadüfən mobil telefonla lentə alınıb.

İldırım park edilmiş iş maşınlarının arasına düşüb, lakin xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, Antalyada ötən gün gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub. Nəticədə küçələri su basıb, maşınlar su altında qalıblar. Məktəblərdə birgünlük tətil elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.