HƏLƏ 2500 İL BUNDAN QABAQ ETRUSK TÜRKLƏRİ XAŞ YEYİRDİLƏR

15-02-2024, 18:27           
HƏLƏ 2500 İL BUNDAN QABAQ ETRUSK TÜRKLƏRİ XAŞ YEYİRDİLƏR
Azərbaycanda danışırlar ki, guya rəiyyəti diri-diri soyan ağalar qonaqlıqada kəsdikləri qaramalın cəmdəyin yeyər, ayaqların heç nəyə yaramayan şey kimi atarmışlar. Altda bəyin, xanın tövləsində yaşayan xidmətçiləri də onlardan xaş düzəldərmişlər.
Bir gün kef məclisindən sonra ağa tövləyə enir. Görür ki, sürü nökər oturub ətri tövləni, həyəti bürümüş nəsə çox dadlı duru xörək yeyir. Soruşur. Deyirlər ki,
-Xan sağ olsun dünən itlərə atmaq istədiyiniz cöngənin ayaqlarıdır.
Onlardan bu cür dadlı xaş bişirmişik.
Dözə bilməyib Xan bir kasa xaş yeyir və ondan sonra elit cəmiyyət arasında səhər erdən xaş yemək adəti düşür dillərə.
********
Bir yandan da fasoldan (lobyadan) başqa nə yemək olduğunu bilməyən acgöz qonşu XAŞI da özünün icad etdiyini hər yerdə car çəkir. Halbuki 19-cu əsrdən bizim torpaqlara köçürüləndən qabaq çox ləzzətli xörəyin nə olduğunu bilməzdi. İndi bizim xörəklərimizi elə bizim adlarla da dünyaya özünnükü kimi təbliğ edir.
*********
ETRUSK YAZILARI İNDİ SÜBUT EDİR Kİ, ETE ELİ TÜRKLƏRİ HƏLƏ 5-6 MİN İL QABAQ DA MAL DIRNAĞINDAN XAŞ BİŞİRİBLƏR. U ADƏTİ APENNİNDƏ DƏ QORUYUB SAXLAYBLAR.
VATİKAN MUZEYİNDƏ saxlanılan bürünc güzgüdəki şəkil və yazı bunu təsdiq edir.
**********
Rəsmin cizgiləri zamana dözməyən bürünc güzgüdən pozulmaqda olduğundan, mən onları 2-ci şəkildə ağ xətlə azacıq qabartmışam. Saçlı-saqqallı, qoşa qanadlı kişinin alnının yanında "CALXAŞ" iki söz birgə yazılıb.
ÇAL əslində ÇALI`dır - biz ona çır-çırpı deyirik, türk ona çalı-çırpı deyir. ÇALI - rusca 1) колючий, тернистый кустарник; мелкая заросль; 2) куст; (частый, густой) кустарник; 3) хворост, хворостина.(Türkcə-Rusca sözlük, Moskva, 1973).
Sözün ikinci hissəsi XASH kimi oxunur. ÇAL[I] XASH
Şəkildə kişinin kəmər yerindən 2, dizlərindən 3 itiuclu uzun tikan (ÇALI) elə-belə, kef üçün çəkilməyib.
Qanadları altında deyək uçub susuz, ağacsız, lakin qaratikan kolu ilə dolu bir yerə müvəqqəti qonmuş yolçu, əkinçı, xışçı, çölçü özüynən götürdüyü 2 ədəd mal dırnağından xaş hazırlamağı qərar verib. Ayağın biri sol əlində, qəti aydın görünən digəri isə qarşıdakı bizim manqala oxşayan və içinə qazan yerləşdirilmiş fiqurun üstündədir.
Sağ yanında iri bardaq da sudan istifadə edildiyinə işarədir.
VƏ ƏLACI KƏSİLMİŞ KİŞİ DEYİR: NƏ ETMƏK? Nə olacaq əgər.
CALI (TİKAN KOLLARINDAN) XAŞ [BİŞİRSƏM]?
***********
Eskizin məzmununu anlamayan avropalı ondan da əfsanələr quraşdırır. İngiliscədən tərcümə:
"Calchas oyma ilə güzgü
Etrusk sənətkarlığının xüsusi nümunəsi qravüralarla bəzədilmiş tunc güzgülərdən əmələ gələn sənətkarlıqdır. Xronoloji olaraq onlar eramızdan əvvəl VI və III əsrlər arasında hazırlanmı, IV əsrdə xüsusi inkişaf yolu keçmişdir.
Aşağıdakı məşhur güzgü yaşlı bir haruspexin (qədim İtaliyada qurbanlıq heyvanın daxili orqanlarının təhlükəsizliyini yoxlayan şəxs -T.A.) qurbanlıq heyvanın qaraciyərinin sağlamlığını yoxlamaq niyyətini göstərir. Etrusk yazısı onu Kalxas kimi təsvir edir, yəni burada qanad atributu ilə Etrusk ikonoqrafik versiyasında təmsil olunan mifik yunan falçısı Kalças yer üzündəki və transsendent reallıq arasında keçid funksiyasını vurğulayan aydın obrazdır. Daşa qoyulmuş ayaq xüsusi qeyd edilməlidir. Bu, təbii sferanın və yeraltı dünyasının yeri olaraq yerlə əlaqə quran haruspexin kehanet prosesində əsas hərəkətidir.
Vatikanın Vulci Muzeyi
Eramızdan əvvəl V əsrin sonları
Bürünc tökmə, hündürlüyü 18,5 sm; diam. 14,8 sm
kot. 12240"

Tariyel Azerturk












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.