Fransa-Kipr-Yunanıstan koalisiyası: Türkiyə silahı alınmasın

19-02-2024, 10:14           
Fransa-Kipr-Yunanıstan koalisiyası:
Fransa, Yunanıstan və Cənubi Kipr Avropa İttifaqının fondları vasitəsi ilə Ukrayna üçün Türkiyənin TB2 pilotsuz uçuş aparatlarının və artilleriya mərmilərinin alınmasına veto qoyublar.

Bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Ukraynanın təcili zəruri ehtiyaclarının təmin edilməsi üçün Türkiyəyə böyük sifariş verilməsi planlaşdırılsa da, Fransa və Cənubi Kipr buna qarşı çıxıb, Afina da bu iki ölkəni dəstəkləyib.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Yunanıstan Avropa müdafiə sənayesinin inkişafını nəzərdə tutan bir siyasətin tərəfdarıdır, vətəndaşlarının ödədikləri verginin Türkiyənin müdafiə sənayesinə dəstək olmasını istəmir. Həmin mənbə qeyd edib ki, Fransa da öz silahları ilə rəqabət aparacaq silahların satışı üçün pəncərə açılmasını istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru