Türkiyədə istirahət sürətlə bahalaşır - Turistlərin yeni məkanı

19-02-2024, 12:27           
Türkiyədə istirahət sürətlə bahalaşır - Turistlərin yeni məkanı
Türkiyəyə turist axını gücləndikcə, ölkənin turizmdənr gəlirləri də artmaqdadır.

Türkiyə Otellər Birliyinin (TUROB) son hesabatına görə, 2023-cü ildə xarici turistlərin sayı 10,4% , turizmdən gələn gəlirlər isə 17% artıb.

Belə ki, 2022-ci ildə Türkiyəyə 51,4 milyon turist gəlmişdi, ölkənin turizm gəlirləri 46,5 milyard dollar olub. Bir turistin Türkiyədə istirahətə sərf etdiyi məbləğ 904 dollar təşkil edib.

2023-cü ildə isə ölkəyə 56,7 milyon turist gəlib, turizm gəlirləri 54,3 milyaprd dollara yüksəlib. Bir turistin istirahəti üçün xərc 958 dollara yüksəlib.

2023-cü ilin nəticələrinə görə, turistlərin Türkiyədə istirahət vaxtı azalaraq 2022-ci ildəki 10,8 sutkadan 9,8 sutkaya enib.

Bu məbləğin 41,6 milyard manatı turistlərin şəxsi xərcləri, 13,25 milyard manat isə turist səyahətinin alınmasına sərf edilib.

2024-cü ildə isə 60 milyon turist və 60 milyard dollar turizm gəliri gözlənilir. Turist axınında İstanbul liderlik edir, sonrakı yerləri Antalya və Muğla tutur.
Fed.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru