Türkiyədə unikal əməliyyat: 12 ölkənin “İnterpol”la axtarışında olan 23 nəfər ələ keçdi - VİDEO

19-02-2024, 19:19           
Türkiyədə unikal əməliyyat: 12 ölkənin “İnterpol”la axtarışında olan 23 nəfər ələ keçdi - VİDEO
Türkiyə hüquq mühafizə orqanlarının əməliyyatı zamanı 12 ölkə tərəfindən “İnterpol”un axtarışında olan onlarla şübhəli saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, əməliyyat altı vilayətdə eyni vaxtda həyata keçirilib.

“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Kafes-43” əməliyyatları ilə “İnterpol”un “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı ​​axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, - deyə o bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru