“Türkiyə bankları ilə ciddi problemimiz var” - Rusiya səfiri

20-02-2024, 10:34           
“Türkiyə bankları ilə ciddi problemimiz var” - Rusiya səfiri
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib ki, diplomatik nümayəndəlik bank ödənişləri ilə bağlı problemin Rusiya və Türkiyənin xarici iqtisadi fəaliyyətinə zərər vurmaması üçün Türkiyə hakimiyyəti ilə müzakirələr aparır.

“AzPolitika.info” xəbər verir ki, səfir bunu “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Yerxov Türkiyə bankları ilə bağlı problemin ciddi olduğunu etiraf edib: “Bəli, problem var və çox ciddidir. Bu problem ötən ilin sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Maliyyə Aktivlərinə Nəzarət Ofisinin (OFAC) anti-Rusiya sanksiyalarını sərtləşdirməsi nəticəsində yaranıb. Türkiyə bankları onun qərarını nəzərə almağa məcburdurlar”.

Xəbərdə qeyd olunur ki, Türkiyə tərəfi Rusiya ilə ödəniş köçürmələrində mövcud olan problemlərdən rəsmi səviyyədə xəbərdardır. Ancaq Kremldə vəziyyəti fəlakətli hesab etmirlər və qeyd edirlər ki, iki ölkənin müvafiq departamentləri vəziyyəti həll etmək üçün çalışırlar.

Eyni zamanda, bank sektorundakı mənbə “RİA-Novosti”-yə bildirib ki, fevralın 14-də ABŞ sanksiyalar siyasətinə əsaslanaraq, Türkiyədəki bir sıra özəl banklara Rusiya ilə pul köçürmələrinə dair xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru