FETÖ Quran ayəsini təhrif etdi

10-08-2016, 15:41           
FETÖ Quran ayəsini təhrif etdi
FETÖ-nün mətbu orqanı olan "Zaman" qəzetinin Anadolunun ən nüfuzlu islam alimlərindən olan Elmalılı Hamdi Yazırın Quran təfsirini dəyişdirməsi faktı ortaya çıxıb.

Ölkə.az-ın məlumatına görə, Elmalılı Hamdı Yazarın türk dilində Quran təfsiri ilk dəfə Türkiyə Diyanət İşləri Başkanlığının razılığı ilə 1935-ci ildə dərc edilib.

"Zaman" qəzeti bundan bir neçə il öncə Elmalılının 70 il öncə istifadə etdiyi köhnə türk dilinin anlaşılmaz olduğunu əsas gətirərək onun kitabının daha sadələşdirilmiş dillə təqdim etməyi üzərinə götürüb.

Aparılan araşdırmalar nəticəsində FETÖ-çülərin bu təfsiri öz işlərinə yarayan şəkildə araya-ərsəyə gətirdiyi məlum olub.

Quranın 16-cı surəsinin (Nəhl) 43-cü ayəsində çox önəmli dəyişiklik edilib. Quranın orjinalında deyilir: "Səndən əvvəl də vəhy etdiyimiz insanlardan başqasını peyğımbər göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun" yazılır. "Zaman" qəzeti isə bu ayəni bu şəkildə təqdim edib: "Səndən əvvəl də vəhy etdiyimiz insanlardan başqasını peyğəmbər göndərmədik. Əgər bilmirsinizsə, Tövrat və İncil alimlərindən soruşun".

Bu isə Quranda bildirilənin əksinə, hələ də Tövrat və İncilin hökmlərinin keçərli olduğu anlamını verir. Bu fakt özünü islam alimi elan etmiş Gülənin heç də islama xidmət göstərmədiyini bir daha sübut edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.