Türkiyədə İngiltərənin fəxri konsulu və eks-deputatlar həbs olundular

10-08-2016, 15:46           
Türkiyədə İngiltərənin fəxri konsulu və eks-deputatlar həbs olundular
Türkiyədə Fətullahçılara qarşı aparılan əməliyyat çərçivəsində daha 3 tanınmış şəxs həbs olunub.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Kayseri şəhərində Fətullahçılara qarşı aparılan əməliyyatda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Əhməd Öksüz də saxlanılıb. O, AKP-dən 2014-cü il martın 30-da istefa verib.
Bu gün həbs olunanlar arasında 2014-cü il aprelin 17-də AKP-dən istefa vermiş, partiyanın Kayseri əyalət təşkilatının sədri Ömər Dengiz də var.
Digər saxlanılan şəxs isə və yerli Ticarət Palatasının başçısı, İngiltərənin Kayseridək fəxri konsulu Mahmut Hiçyılmazdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru