Türkiyədə çevriliş günü Kerrinin ABŞ Səfirliyində 4 saatlıq sirli danışığı

10-08-2016, 18:58           
Türkiyədə çevriliş günü Kerrinin ABŞ Səfirliyində 4 saatlıq sirli danışığı
15 iyul tarixində Moskvada olan ABŞ dövlət katibi Con Kerrinin Türkiyədə dövlət çevrilişi cəhdindən bir neçə saat əvvəl həmkarı Sergey Lavrovla görüşü qəflətən saat 18.45-də yarıda kəsdiyi ortaya çıxmışdı.

KERRİ: ƏRDOĞAN ARTIQ GEDİR

FaktXəbər-in Türkiyənin "Aydınlık" qəzetinə istinadən verdiyi məlumata görə, dövlət çevrilişi cəhdinin başladığı vaxtlarda Kerri Lavrovla təkrar görüşüb. Kerri ikinci görüşdə Türkiyədə başlayan çevriliş təşəbbüsü ilə əlaqədar olaraq Lavrova "mechanism launched" (mexanizm hərəkətə keçdi) sözünü deyib. Sonra isə "Ərdoğanın artıq gedir" ifadəsini işlədib.

RUS EKSPERT: ABŞ-ın XƏBƏRİ VAR İDİ

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da jurnalistlərə müsahibəsində belə deyib:

"ABŞ dövlət katibinin Türkiyədəki çevriliş cəhdində əllərinin olmaması ilə bağlı verdiyi açıqlamada yalan deməsi gözündən oxunurdu. Danışarkən öz burnuna da toxunurdu. Yaxşı məlumdur ki, danışıq zamanı buruna, sifətə, dodağa toxunmaq yalan danışmaq əlamətidir. Bu, açıq psixoloji indikatordur ki, danışan yalan söyləyir. Düşünürəm ki, Kerri ABŞ-ın dövlət çevrilişində əli olduğunu bilirdi. Həmçinin o da məlumdur ki, saat 18.45-də (Moskva vaxtı ilə - red.) hələ çevriliş başlamamış Kerri qəfildən Lavrovla danışıqları dayandırır. Görünən odur ki, ona çatdırırlar ki, yaxın saatlarda Türkiyədə ciddi hadisə baş verəcək. Mənə tam aydındır ki, Amerika kəşfiyyatı Türkiyədə, Türkiyə ordusunda tam şəkildə oturub. Mümkün deyil ki, onlar hazırlanan çevrilişdən xəbərsiz olsunlar. Amma buna baxmayaraq, Ərdoğanı məlumatlandırmayıblar."

AĞ EV VƏ PENTAQONLA DANIŞIQLAR

Kerrinin 15 iyul günü saat 10:00-da başlayan toplantını 18:45-də dayandırması ilə bağlı bağlı danışan Rusiyanın XİN sözçüsü Mariya Zaxarova, "Bu gün qeyri-adi bir görüş baş verdi. Söhbət Con Kerridən gedirsə, hər şey tərsinə olur. Bu görüş də istisna olmadı", - deyib.

"Vaşinqton Post" qəzeti də Kerrinin kameralar qarşısında gözləniləndən 10 saat sonra çıxdığını yazıb. Kerrinin ABŞ Səfirliyinə getdiyini yazan qəzet, burada 4 saat ərzində Ağ Ev və Pentaqon rəsmiləri ilə danışdığını bildirib. ABŞ rəhbərliyi isə toplantıya fasilə verərək Ağ Ev və Pentaqon rəsmiləri ilə danışmaq üçün ABŞ Səfirliyinə gedən Kerrinin görüşləri barədə heç bir açıqlama verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.