Qırğızıstan parlamenti ekstrasenslərin və falçıların reklamını qadağan edib

13-06-2024, 16:54           
Qırğızıstan parlamenti ekstrasenslərin və falçıların reklamını qadağan edib
Qanun layihəsinin əsaslandırmasında deyilir ki, yüksək texnologiyalar əsrində bir çox insanlar hələ də fəaliyyəti mahiyyətcə saxtakarlıqdan ibarət olan ekstrasens və sehrbazlar adlanan şəxslərə inanırlar.
Qırğızıstan parlamenti ölkədə ekstrasenslərin və falçıların reklamını qadağan edən qanun qəbul edib.
Parlamentin iyunun 12-də keçirilən iclasında deputatlar "Reklam haqqında" Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qırğızıstan Respublikası qanununun layihəsinə üçüncü oxunuşda baxıblar və qəbul ediblər.
Onun sözlərinə görə, qanun layihəsi falçıların və ekstrasenslərin öz mənafeləri üçün istifadə etdikləri hər hansı okkultiv, sehrli və ya digər etibarsız üsullarla vətəndaşların şüurunun manipulyasiyasının qarşısını almaq üçün hazırlanıb.
Qanun layihəsinin əsaslandırmasında deyilir ki, yüksək texnologiyalar əsrində bir çox insanlar hələ də fəaliyyəti mahiyyətcə saxtakarlıqdan ibarət olan ekstrasens və sehrbazlar adlanan şəxslərə inanırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.