Bakıda qazaxıstanlı qız bu ifası ilə heyrətləndirdi - Video

11-07-2024, 10:04           
Bakıda qazaxıstanlı qız bu ifası ilə heyrətləndirdi - Video
Qazaxıstanlı məşhur sənətçi Aidana Kabdylova Bakıya gəlib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, Aidana Kabdylova Bakının ən mənzərəli yerlərindən biri olan Dağüstü parkda dombra ifası ilə diqqət çəkib.

Sənətçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. Aidana Kabdylova sözügedən ifasını Milli Dombra Gününə həsr edib.

"Dombra Gününüz mübarək olsun", - deyə Kabdylova paylaşımında qeyd edib.

Onu da bildirək ki, Aidana Kabdylova 6 yaşından bəri dombra ifa edir. İstanbulda yaşayan məşhur sənətçinin 25 yaşı var.

Qeyd edək ki, Qazaxıstanda hər il iyulun ilk bazar günü qazaxıstanlılar Milli Dombra Gününü qeyd edirlər. Milli Dombra Günü 2018-ci ildə prezidentin sərəncamı ilə təsdiq edilib. Bayram milli mədəniyyəti və özünəməxsusluğu qoruyub saxlamaq və yaşatmaq məqsədi ilə təsdiq edilib.

Aidana Kabdylovanın Bakıda lentə alınan ifasını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru