Narinin anasının dedikləri ÇAXNAŞMA yaratdı: "Qızım bunu bilir, dözə bilməz..." - VİDEO

16-09-2024, 16:29           
Türkiyəni çalxalayan Narin Güran qətlinin istintaqı Diyarbəkirdə hələ də davam edir. Anası Yüksel Güranın həftələr əvvəl lentə alınan videosunda bir detal böyük əks-səda yaradıb.

Ananın "Narın qaranlıqda qalmasın. Xahiş edirəm qızımı buraxın, onu bir küncə atın. Xahiş edirəm, qızıma göstərməyin. Qızım bunu bilir, dözə bilməz" ifadəsi çaşqınlığa səbəb olub. Gülistan Dokunun ailəsinin ziyarəti əsnasında ağlayan anası Yüksel Güran tərəfindən deyilən bu sözlər eşidənləri çaş-başa saldı. Sosial mediada diqqətli istifadəçilər tərəfindən paylaşılan görüntülərdə ananın bu ifadələri işlətdiyi görülüb.

Qeyd edək ki, 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətlinin istintaqında sirr pərdəsi hələ də açılmayıb. Qatil və ya qatilləri tapmaq üçün hər vəziyyəti dəyərləndirən ekspertlər aralarında ana, qardaş və əmi də daxil olmaqla məhbus şübhəlilərin ifadələrini alıblar. Ancaq ailə üzvlərinin verdiyi ziddiyyətli ifadələr Türkiyə gündəmində seysmik təsir yaradıb./BAKU.WS













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.