Türkiyədə küçədə çılpaq gəzən kişini döydülər VİDEO

19-09-2024, 17:24           
Türkiyədə küçədə çılpaq gəzən kişini döydülər  VİDEO
Türkiyənin Mardin vilayətində maraqlı hadisə yaşanıb.

Küçədə çılpaq gəzən şəxs ətrafdakılar tərəfindən təpik və şillə ilə döyülüb.

Bu barədə Haberler.com xəbər verir.

Məlumata görə, hadisə Mardinin Artuklu rayonunun İstasyon məhəlləsində baş verib. Küçədə çılpaq gəzən şəxsi görənlər - "Belə gəzməyə utanmırsan?" - deyərək ona təpik və şillə ilə zərbələr vurublar. Daha sonra çağırdıqları polis qruplarına təhvil veriblər.

Hadisə yoldan keçən sərnişin mikroavtobusundakı sərnişinlərdən biri tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Nəzarətə alınan şübhəli tibbi müayinədən sonra dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru