Ərdoğan Putinə ad günü hədiyyəsi göndərdi

8-10-2024, 18:48           
Ərdoğan Putinə ad günü hədiyyəsi göndərdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə ad günü hədiyyəsi göndərib.

RİA Novosti agentliyi xəbər verir ki, bunu prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.


Uşakov hədiyyənin tam olaraq nə olduğunu açıqlamasa da, bunun “gözəl türk hədiyyəsi” olduğunu qeyd edib.


“Türkiyə prezidenti dünənki telefon söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - deyə prezidentin köməkçisi bildirib.

O, hədiyyənin qiyməti ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, onun qiyməti üç min rubldan bir az bahadır.

Xatırladaq ki, dünən oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru