Binəli Yıldırım:“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”

30-10-2016, 22:56           

Türkiyənin baş naziri Binəli Yıldırım prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riskinin olduğunu bəyan edib.

Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B. Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.

Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb: “Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.

Qeyd edək ki, APK yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru