“O gecə Ərdoğan İrana qaçacaqdı” iddiasına rəsmi Tehrandan –Cavab

7-11-2016, 00:54           
“O gecə Ərdoğan İrana qaçacaqdı” iddiasına rəsmi Tehrandan –Cavab
"Bu, Türkiyədə baş verir, bizə heç nə deyə bilməzdik".

Strateq.az xəbər verir ki, bunu İran lideri Ayətullah Xamnəinin hərbi müşaviri, İran Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general Həsən Firuzabadi deyib.

O, Türkiyə mediasında son vaxtlar geniş müzakirə mövzusu olmuş 15 iyul hərbi çevriliş cəhdi gecəsi prezident Ərdoğanın İrana gəlmək istədiyinə dair xəbərlərə də münasibət bildirib.

General H.Firuzabadi çevrilib cəhdinin uğurlu olacağı halda Rəcəb Tayyip Ərdoğanın Türkiyəni tərk edib İrana gələcəyi iddialarının gerçək olmadığını deyib. Firuzabadi 15 iyul gecəsi İran təhlükəsizlik qüvvələrinin ölkənin bir çox bölgəsində tam hazırlıq vəziyyətinə gətirildiyini gizlətməyib. "Çünki o gecə təyyarələrdən bəziləri səhvən İran hava sahəsinə girə, yaxud İrana qaçırıla bilərdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.