““O səs Türkiyə”də Azərbaycanı üzən məqam” - “Tut ağacı” qalmaqalı

7-11-2016, 13:51           
““O səs Türkiyə”də Azərbaycanı üzən məqam” - “Tut ağacı” qalmaqalı
“O səs Türkiyə” mahnı yarışmasında Azərbaycanın məşhur mahnısı müəllifsiz təqdim edilməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, yarışmada Müğe Genc və Güray Gültay adlı iştirakçılar “Tut ağacı”nı ifa edərkən mahnının müəllifləri “anonim” olaraq qeyd edilib.

Sözgedən hadisə ilə bağlı sosial şəbəkələrdə “Acun Media” tənqid olunmağa başlayıb.

Hətta, Türkiyənin məşhur “Söyelemezsem olmaz” verilişi biganə qalmayıb. Onlar “O ses Türkiye”də Azərbaycanı üzən məqam” başlığı ilə müzakirə etməyə başlayıblar.

Xatırladaq ki, “Tut ağacı” mahnısının musiqisi Aygün Səmədzadəyə, sözləri isə Zakirə Allahverdiyevaya məxsusdur.
[media=https://www.youtube.com/watch?v=r0PJ8Ikdyeg]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.