TÜRKİYƏNİ CƏNUBDAN VURMAQ PLANI: HÜCUM BAŞLAYIR

7-11-2016, 16:53           
TÜRKİYƏNİ CƏNUBDAN VURMAQ PLANI: HÜCUM BAŞLAYIR
ABŞ və PYD-nin (PKK-nın Suriya qolu) başladığı Rakka əməliyyatının əsas hədəfi Türkiyənin cənubunda “kürd dəhlizi”nin yaradılması üçün əhəmiyyətli yer olan El-Babı ələ keçirməkdir.
teref.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti bölgədəki mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, El-Bab ələ keçiriləndən sonra, dəhlizin Tel Rıfatla birləşdirilməsi üçün hərəkətə keçiləcək: “Rakka əməliyyatına 30 yox, əslində 8 min PKK/PYD üzvü qatılıb. Münbiç və Hasekedəki ABŞ əsgərləri də əməliyyata dəstək verir. Amerikanın bölgədəki əsgərlərinin sayı 350 nəfərdir”.
Qəzet yazır ki, ABŞ-PYD ittifaqı İŞİD-in El-Bab-Rakka bağlantısını kəsmək üçün, bir neçə gün içində Set Tişrin və Merkede bölgələrindən El-Baba girməyi planlaşdırır.
Mənbələr məlumat verir ki, əsas hədəf qərb və şimalda ABŞ-PYD, şərq və cənubda isə Əsəd-şiə gücləri Rakkaya hücuma keçəcək və beləliklə, İŞİD şəhərdə təslim ediləcək.
Əməliyyata “Fərat qəzəbi” adının verilməsi də bunun Türkiyənin “Fərat qalxanı” əməliyyatına qarşı olduğunu sübut edir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.