ABŞ və Türkiyə arasında Rəqqa ilə bağlı — Razılıq

7-11-2016, 21:59           

“Türkiyə və ABŞ-ın hərbi səlahiyyətliləri Rəqqa İŞİD terrorçularından azad olunandan sonra şəhərin uzun müddətli rəhbərliyi mövzusunda razılığa gəlib”.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda həmçinin bildirilir ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin Ankaradakı Baş Qərargah İdarəsində yüksək səviyyəli amerikalı zabit fəaliyyət göstərəcək.

Qeyd edək ki, ABŞ-ın Baş Qərargah rəisi Cozef Dünford noyabrın 6-da Türkiyədə rəsmi səfərdə olub. O, türkiyəli həmkarı Hulusi Akarla görüşərək dünən başlayan Rəqqa əməliyyatını müzakirə edib. (Qafqazinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.