Türkiyədən Trampa çağırış: "Güləni verin, yeni səhifə açaq"
9-11-2016, 15:46
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın 45-ci prezidenti Donald Trampı təbrik edib.
Türkiyə KİV-i xəbər verir ki, B.Yıldırım Trampa Fəthullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fəthullah Gülənin ekstradisya etməsi üçün çağırış da edib.
Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir: "Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".