Türkiyədə FETÖ işi ilə əlaqədar axtarışda olan professor yaxalanıb

10-11-2016, 09:22           
Türkiyədə FETÖ işi ilə əlaqədar axtarışda olan professor yaxalanıb
Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdinin istintaqı ilə axtarışda olan Polis Akademiyasının sabiq müəllimi, professor Halil İbrahim Bahar yaxalanıb.
"Report"un məlumatına görə, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ işi ilə bağlı axtarılan Halil İbrahim Baharın Zonquldagda gizlənməsi barədə məlumat əldə edib. Zonquldağ vilayəti Polisinin Qaçaqmalçılığa və Mütəşəkkil Cinayətkaqlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları professoru gizləndiyi qohumunun evində əməliyyat keçirərək Halil İbrahim Baharı yaxalayıblar.
O, bu gün Ağsaraya göndəriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.