Türkiyə terror aktı üzrə təqsirləndirilənləri Rusiyaya ekstradisiya edə bilər

Dünən, 16:43           
Türkiyə terror aktı üzrə təqsirləndirilənləri Rusiyaya ekstradisiya edə bilər
Türkiyənin hüquq-mühafizə orqanları "Crocus City Hall" konsert zalında törədilmiş terror aktına dair cinayət işi üzrə axtarışa verilmiş təqsirləndirilən şəxsləri Rusiyaya təhvil verə bilər.

Bu barədə TASS-a vəkil İqor Trunov məlumat verib.

Bildirilir ki, iş üzrə bütün təqsirləndirilən şəxslər "Crocus"a hücumdan əvvəl Rusiyanı tərk edərək Türkiyəyə qaçıblar.

Onun sözlərinə görə, Türkiyənin hüquq-mühafizə orqanları terror aktı işi üzrə bütün təqsirləndirilən şəxsləri, o cümlədən terror aktının birbaşa icraçısı Məhəmmədsobir Faizovun qardaşını Rusiyaya ekstradisiya edə bilər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov, Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru