on günlər internetdə “ölüm maşını” adlanan tüfənglərin qeyri-leqal satışı sürətlənib.
Türkiyədə bu tüfənglərin qiyməti 300 lirədir və açıq şəkildə satılır.
İnternetdə alıcı və satıcı arasındakı alver də maraqlıdır.
Alıcı: Tüfəng almaq istəyirəm, amma sənədim yoxdur. Satıcı: Nə sənəd? Sən adresi göndər, biz sənə göndərəcəyik silahı. 300 lirəni də qapıda verərsən.
Alıcı: Yaxşı polis tutsa, nə edəcəm? Satıcı: Kimisə vurmasan, bir şey olmaz. 40-50 lirə cərimə ödəyib gedərsən. Lakin tüfəngi əlindən alacaqlar. Onda biz sənə yenisini göndərərik. Biz bu tüfəngləri təkcə Antalyada yox, bütün Türkiyədə satırıq.
Bu, internetdə yayılan dialoqlardan biridir.
Məlumatlara görə, bir müddət öncə Ramazan Kabaağaç adlı şəxs 350 lirəyə internetdən sifariş verdiyi silahla bazarda meyvə satan Ahmet Kahya və onun həyat yoldaşı Münire Kahyanı güllələmişdi. Nəticədə, Ahmet Kahya həyatını itirmişdi.(Publika.az)