Türkiyə sərhədi bombalandı, böyük axın oldu

6-06-2015, 19:25           
Türkiyə sərhədi bombalandı, böyük axın oldu
Türkiyə-Suriya sərhədində gərgin anlar yaşanıb.

Moderator.az-ın məlumatına görə, Suriyanın Haseki şəhərinə bağlı Rasulyan bölgəsində şiddətli döyüşlərdən qaçan 400-ə yaxın suriyalı Akçakaledəki sərhəd keçid məntəqəsindən Türkiyə tərəfə keçib.

Suriyalılar Türkiyəyə keçərkən onların arxasınca bombalar yağdırılıb. Partlayış Türkiyə sərhədindən də aydın şəkildə görünüb.

Qaçqınların köməyinə türk əsgərləri yetişib. Qaçan suriyalılar arasında qadınlar və uşaqlar da olub.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.