"Sədərək Yusif" evindən oğurluq edən qulluqçuya 10 il iş verdirib - ÜSTƏLİK, DƏYƏN ZƏRƏR ÖDƏNİLSƏ DƏ, MƏHKƏMƏ ONU 485 MİN BORCLU ÇIXARIB...

Bu gün, 17:58           
"Sədərək Yusif" evindən oğurluq edən qulluqçuya 10 il iş verdirib - ÜSTƏLİK, DƏYƏN ZƏRƏR ÖDƏNİLSƏ DƏ, MƏHKƏMƏ ONU 485 MİN BORCLU ÇIXARIB...
Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 23, mənzil 39 sakini Cabbarov Telman Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məhkəmə prosesində olan haqsızlıqlardan narazılığını bildirir:

“Mən, Cabbarov Telman Məhərrəm oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, həyat yoldaşım Cabbarova Ruzan Müseyib Qızı tanınmış iş adamı Yusif Qədimbəylinin evində (el arasında ona "Sədərək Yusif" də deyirlər) xadimə işləyirdi. Nəfsinə uyaraq, onun evindən qızıl-zinət əşyalarını oğurlamışdır. Nəticədə, polis tərəfindən tutularaq həbs olundu.

İş məhkəməyə verildi. İstintaq vaxtı əməlindən peşman olduğunu bildirmiş və götürdüyü bütün qızıl-zinət əşyalarını geri qaytarmışdır. Lakin qarşı tərəf öz gücündən, pulundan istifadə edərək, qisas almaq naminə hakimlə danışıb, yoldaşıma 10 il iş verdirdi. Sanki adam ödürüb. Bununla yetinməyib, 485 min 373 manat da borc yazdırdılar.

Rəsmi evli olduğumuz üçün, birgə nigah dövründə alınan maşın və mülkümə məhkəmə tərəfindən əl qoyuldu. Halbuki, o maşınları təkcə yoldaşım almamışdı, bir yerdə almışdıq. Bütün qanunları pozaraq əlimizdə olanları 100 faiz müsadirə etdilər. Hətta qeydiyyatda olduğum ata evindən mənə düşən 1/4 hissəsini də əlimdən almaq istəyirlər.

Məhkəmənin çıxartdığı bu qanunsuz qərara heç kəs baxmır.

Bildirim ki, özüm şəhid qardaşıyam. Məsələ ilə bağlı Prezident Aparatında da olmuşam. Əlimdən alınan ev şəhid atasının evidir.

Bir daha qeyd edim ki, Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadə yoldaşıma 10 il iş kəsdi, sanki adam öldürmüşdü. Ali Məhkəmənin hakimi Tahir Kərimov da həmin qərarı qüvvədə saxladı. Məhkəmə Hüquq Şurasına şikayətə getdim. Dedilər ki, biz hakimlərin işinə qarışa bilmərik.

Mən sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirəm. Şəhid evinin əlimizdən alınmağına imkan verməyin. Mənim yoldaşım səhv edib, razıyam, amma günahı nədir, onu da çəksin. Həm 10 il iş veriblər, həm də əlimizdə olub-qalanı alırlar. Bu qədər haqsızlıq olmaz axı!

Onu da qeyd edim ki, Ailə Məcəlləsində vərəsənin ərlə arvad arasında bölünə bilmədiyi qeyd olunur. Ata mülküm bizim nikahdadan qabaq alınıb, onun bu işə heç bir aidiyyəti yoxdur. Həm də şəhid atasının evidir.

Qanunları saxtalaşdıran hakimlər biz vətəndaşları çarəsiz vəziyyətdə qoyurlar.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.