Keçmiş xüsusi təyinatlı ona qarşı diqqətsizlikdən şikayətçidir...

14-03-2025, 00:01           
Keçmiş xüsusi təyinatlı ona qarşı diqqətsizlikdən şikayətçidir...
Daşkəsən rayonunda kirayədə yaşayan, keçmiş xüsusi təyinatlı Bağırov Vüsal Aqil oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. O bildirir ki, illərdir nə "kəşfiyyat pulu"nu, nə də medallarını ala bilmir:

“Mən, Bağırov Vüsal Aqil oğlu, hərbçi olmuşam. Hazırda 3-cü qrup əlilliyim var.

2 övladım var. İndiyədək ev və torpaq sahəsi ilə təmin olunmamışam. Halbuki, mənim də haqqımdır.

Üstəlik, bu günə qədər "kəşfiyyat pulumu" da ala bilmirəm. Hara müraciət edəcəyimi bilmirəm. Nazirlikdən imtina cavabı verirlər. Bu qədər haqsızlıq olmaz. Mən də haqqım olanı istəyirəm. Başqaları kimi, ailəmi başıma toplayıb, öz evimdə yaşamaq istəyirəm. Çox təəssüf ki, post-müharibə dövründə artıq döyüşən adamlara qarşı biganəlik mövcuddur".

Jalə FAMİLQIZI

Redakiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru