Kartof Avropda 46% ucuzlaşıb, Azərbaycanda isə 58% bahalanıb

13-03-2025, 17:43           
Kartof Avropda 46% ucuzlaşıb, Azərbaycanda isə 58% bahalanıb
Avropda kartofun qiyməti sürətlə ucuzlaşır.
Yeniavaz.com xəbər verir ki, bu gün Avropa Enerji Birjasında (EEX) bir kiloqram kartofun qiyməti (fyuçers) 0,21 avroya (38 qəpik) bərabər olub.
Qeyd edək ki, kartofun qiyməti fevral ayının 4-dən sonra 40% aşağı düşüb. Belə ki, 4 fevral tarixində bir kiloqram kartofun birjadakı satış qiyməti 0,35 avro (64 qəpik) olub. Son bir ildə isə kartofun qiymətində daha kəskin ucuzlaşma qeydə alınıb. Bir il əvvəl Avropa Birjasında bir kiloqram kartofun qiyməti 0,39 avro (72 qəpik) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Avrop birjalarında kartofun qiyməti son bir ildə 46% aşağı düşüb. Lakin, kartofun pərakəndə satış qiyməti son bir ildə Azərbaycanda 58%-ə yaxın artıb. Belə ki, ötən ilin mart ayında 95 qəpiyə (0,52 avro) satılan kartof, hazırda 1,5 manata (0,82 avro) satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru