“Azərbaycan Dəmir Yolları”nın xəstəxanaları ləğv edilir - DETALLAR
Bu gün, 17:59

ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələri ləğv edilir.
“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidmətinin “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Xaçmaz Dəmir Yolu Ambulatoriyası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncunun ləğvini elan edir. Kreditorlar Xaçmaz Dəmir Yolu Ambulatoriyasına qarşı tələblərini iki ay ərzində Xaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov, ev 303 ünvanına bildirə bilərlər.
“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Hacıqabul Dəmir Yolu Ambulatoriyası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncunun ləğvini elan edir. Kreditorlar Hacıqabul Dəmir Yolu Ambulatoriyasına qarşı tələblərini iki ay ərzində Hacıqabul rayonu, Hacıqabul şəhəri, Qayıbov, ev 15 ünvanına bildirə bilərlər.
“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyəti (1 saylı Bakı Dəmir Yolu Poliklinikası) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyətinin (2 saylı Bakı Dəmir Yolu Poliklinikası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncuların ləğvini elan edir. Kreditorlar 1 saylı Bakı Dəmir Yolu Poliklinikası və 2 saylı Bakı Dəmir Yolu Poliklinikasına qarşı tələblərini iki ay ərzində AZ1029, Bakı şəhəri Yasamal Rayonu, M.Müşfiq küçəsi, ev 1M ünvanına bildirə bilərlər.
“İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin İmişli Dəmir Yolu Xəstəxanası Məhdud Məsuliyyətli Cəmiyyətinin (İmişli Dəmir Yolu Xəstəxanası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncunun ləğvini elan edir. Kreditorlar İmişli Dəmir Yolu Xəstəxanasına qarşı tələblərini iki ay ərzində İmişli rayonu, İmişli şəhəri, X.Bəylərov, ev 92 ünvanına bildirə bilərlər.
“Qaradağ Tibb Mərkəzi” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Ələt Dəmir Yolu Xəstəxanası Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ələt Dəmir Yolu Xəstəxanası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncunun ləğvini elan edir. Kreditorlar Ələt Dəmir Yolu Xəstəxanasına qarşı tələblərini iki ay ərzində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, N.Niftəliyev küçəsi ünvanına bildirə bilərlər.
“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti Gəncə Dəmir Yolu Xəstəxanası Məhdud Məsuliyyətli Cəmiyyətinin (Gəncə Dəmir Yolu Xəstəxanası) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncunun ləğvini elan edir. Kreditorlar Gəncə Dəmir Yolu Xəstəxanasına qarşı tələblərini iki ay ərzində Gəncə şəhəri, Nizami prospekti 412 ünvanına bildirə bilərlər.
Respublika Pediatriya Mərkəzi” publik hüquqi şəxs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Həkim-Sanitar Xidmətinin Bakı Dəmir Yolu Xəstəxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Bakı Dəmir Yolu Xəstəxanası) ona qoşulması yolu ilə yenidən təşkil olunduğunu və sonuncunun ləğvini elan edir. Kreditorlar Bakı Dəmir Yolu Xəstəxanasına qarşı tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. 206A ünvanına bildirə bilərlər.