Şirkət rəhbəri vətəndaşları necə aldadıb? - VİDEO

13-03-2025, 10:44           
Şirkət rəhbəri vətəndaşları necə aldadıb? - VİDEO
Şikayətçilərdən birinin sözlərinə görə, Firudin Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb.
İqtisadiyyat.az xəbər verir ki, digər bir şikayətçi isə deyir ki, o, imtahan zamanı universitetdə qeydiyyatda olunmadığını öyrənib.

"Tələbə biletimi verib, məndən ödəniş tələb etdi. Əlavə olaraq imtahanları Bakıda verməyim öçün də pul ödədim. İkinci kursun birinci semestrində təhsil haqqını ödəsəm də, dərsləri oxuya bilmirdim. Soruşanda da sistemdə problemin olduğunu demişdi. Ümumilikdə 2100 manat pulum batıb", - zərərçəkən bildirib.

Qeyd edək ki, Firudin Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firudin Cavadovla əlaqə saxlanılıb.

O, haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib edib.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru