Ərdoğan Lukaşenkodan 10 hektar torpaq sahəsi istədi –Minskin mənzərəli yerində...
12-11-2016, 01:07
Türkiyə Belarusun paytaxtında çox böyük ərazi alır.
Bu məsələ Belarusda səfərdə olan Türkiyənin prezidenti Ərdoğanla Belaruslu həmkarı Lukaşenko arasında bu gün keçirilən görüşdə razılaşdırılıb.
Bununla bağlı məlumatı prezidentlərin təkbətək görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan açıqlayıb:
"Çox qiymətli Lukaşenko ilə görüşdə Minskin münasib, görməli ərazisində Türkiyə səfirliyi üçün 10 hektar torpaq sahəsi istədim. Bu ərazidə ölkəmizin səfirliyi, rezidensiya və digər infrastrukturlar tikiləcək. Bu, ölkələrimiz arasındakı münasiibətləri daha da dərinləşdirəcək. Çox sağ olsun, qiymətli dostum Lukaşenko istəyimizlə bağlı təlimat verdi. İstəyimiz odur ki, bu ərazi və sənədləşmə prosesi bir an başa çatsın. Biz də sürətlə tikintiyə başlayaq. Artıq bununla bağlı səfirimizə də, digər əlaqədar qurumlarımızın rəhbərlərinə də müəyyən təlimatlar verdim…".