Türkiyədə iki deputat həbs olundu - Son dəqiqə (Foto)

13-12-2016, 09:30           
Türkiyədə iki deputat həbs olundu - Son dəqiqə (Foto)
HDP-nin sədr müavinləri saxlanılıb.

Musavat.com-un məlumatına görə, bu barədə xəbər milliyet.com-da yer alıb. Məlumata əsasən, Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini Çağlar Dəmirəl və Besime Konca saxlanılıb.
***
Musavat.com-un məlumatına görə, Diyarbakırdan deputat seçilmiş Çağlar Demirəl və Siirtdən deputat seçilmiş Besime Konca Diyarbakır və Batman prokurorluqları tərəfindən aparılan iki ayrı terror istintaqı çərçivəsində saxlanılıb. Millət vəkilləri Ankara şəhərində terrorla mübarizə idarəsi tərəfindən tutularaq istintaqa təhvil verilib.

HDP-nin mətbuat xidmətindən bildirilib ki, deputatlar yerli vaxtla saat 00:00-da partiyanın baş qərargahının önündə həbs edilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.