"Baldızımı arvadımla səhv saldım"

14-12-2016, 09:35           

Türkiyənin Elazığ şəhərində məhkəmə həyat yoldaşı zənn edib baldızını öldürən şəxsə 34 il həbs cəzası verib.

Hadisə 2016-cı ilin 24 yanvar tarixində səhər saat 05.00 radələrində bir mənzildə qeydə alınmışdı.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, həyat yoldaşı Dilek K.-dan ayrılan Hüseyn Çelik səhərə yaxın 61 yaşlı keçmiş qayınatasının evinə eyvandan girərək onu və 16 yaşlı baldızı Həcəri öldürüb, qaynı Əziz Karanı isə yaralayaraq qaçıb. Şübhəli çox keçmədən polislər tərəfindən saxlanılıb.

Bu gün sözügedən cinayətlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə Hüseynə 34 il həbs cəzası verib. Təqsirkar son sözündə "Kədərli və peşmanam. Baldızım olan Həcər Karanı öldürmək məqsədim yox idi, həyat yoldaşım zənn etdim. Qərar məhkəmənin" deyib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.