Türkiyədə Rusiya və İran əleyhinə etiraz: on minlərlə insan küçədə
14-12-2016, 10:01
Bu saatlarda Türkiyədə on minlərlə insan Hələbdə mülki vətəndaşların qətl edilməsinə etiraz məqsədi ilə Rusiya və İran səfirliklərinin qarşısına axışır. Avropa.info xəbər verir ki,Türkiyədə Hələb üçün gün ərzində keçirilən aksiyalar davam etməkdədir. Türkiyənin müxtəlif bölgələrində müsəlman icmaları, QHT-lər, sıravi vətəndaşlar Hələbdəki qətliama etiraz edirlər. Hazırda İstanbulda Rusiya konsulluğu, Ankarada isə Rusiya və İran səfirlikləri önündə toplaşan insanların Hələbdə baş verənlərə etiraz etdikləri qeyd olunur. Etirazçıların İrana qarşı reaksiyasının daha sərt olduğu bildirilir.