Türkiyədə PKK, FETÖ, İŞİD-ə qarşı mübarizə məqsədilə milli səfərbərlik elan edilib
14-12-2016, 17:28
”PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm”. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra başçılarının toplantısında bildirib. “Bu qruplaşmalarla bağlı bir şey görsəniz, bununla bağlı o dəqiqə təhlükəsizlik qüvvələrinə məlumat verin. Terror qruplaşmalarının məsələsi bir davanı müdafiə məsələsi deyil. Onların hədəfi Türkiyəni bölgədəki başqa dövlətlər kimi yox etməkdir”. Onun sözlərinə görə, Türkiyədə son illər 9 500 terrorçu məhv edilib: “Onların arasında qruplaşmanın başçıları da var. Şəhidlərimizin heç birinin qanı yerdə qalmayacaq. Heç bir xəyanəti cəzasız qoymayacağıq. Bu gün yaşadığımız dönəm İstiqlal savaşı qədər önəmlidir”.