Türkiyə sərhəddində insan dramı: Əsgərlər suriyalılari İŞİD-ə təhvil verdi - FOTO-VİDEO

16-06-2015, 14:59           

Minlərlə suriyalı bir tərəfdən ABŞ-ın rəhbərlik etdiyi hava hücumları, digər tərəfdən kürdlərlə İŞİD arasında döyüşdən qaçaraq Türkiyənin Akçakale sərhəddində toplaşıblar.
Akaçaka bələdiyyə başkanı Əbdülhakim Ayhan Türkiyəyə keçiriləcək suriyalılarıngömrük qapısından keçirtməyi planlaşdırdığını, ancaq İŞİD terror təşkilatının bunu qəbul etmədiyini bildirib və danışınların davam etdiyini deyib.

Bundan sonra, yerli vaxtla saat 17.15 radələrində minlərlə suriyalı Türkiyəyə sığınmaq üçün Akçakale sərhəd qapısına doğru gəlməyə başlayıb. Laikn türk əsgərləri bölgəyə zirehli texnika da yeridib. Sonra kütləni dağıtmaq üçün uşaq, qadın, qoca olmalarına baxmayaraq, suriyalıların üzərinə təzyiqli su buraxılıb.
Bir müddətdən sonra İŞİD terrorçuları Akçakale sərhəd qapısına yaxınlaşıblar və Türkiyəyə sığınmaq istəyən ələvi ailələrini Türkiyə əsgərlərinin gözü önündə "evinizə dönün!" çağırışı ilə geriyə aparıblar. Türkiyə sərhəd əsgərləri İŞİD vandallarına heç bir müdaxilə etməyib.

Aralarında qadın, uşaq və qocaların da olduğu minə qədər türkmən son ana qədər sərhəddin açılmasını gözləsə də, Türkiyə tərəfi sərhəddi açmayıb.
Teref/info
Türkiyə sərhəddində insan dramı: Əsgərlər suriyalılari İŞİD-ə təhvil verdi - FOTO-VİDEO



[media=https://www.youtube.com/watch?v=CDN7b9_-xHA]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.