Həbsxana rəisini güllələdilər

16-06-2015, 15:45           
Həbsxana rəisini güllələdilər
Türkiyədə həbsxana rəisi öldürülüb.

Musavat.com-un məlumatına görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi İsmət Aktürk maşınının içində silahlı hücuma məruz qalıb. Hadisə İzmit rayonunun Yeşilova səmtində baş verib. İ. Aktürk maşınla yol gerərkən ona 34 KGZ 76 nömrə nişanlı avtomobil yaxınlaşıb və həmin maşından rəisin avtomobilinə ard-arda atəş açılıb.
Güllələrdən 3-ü İ. Aktürkə dəyib. Avtomobilin sürücüsü tərəfindən dərhal xəstəxanaya çatdırılan həbsxana rəisini xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.