Türkiyə hərbçiləri İraqdakı bazadan çıxmayacaq

9-01-2017, 22:15           
Türkiyə hərbçiləri İraqdakı bazadan çıxmayacaq
Türkiyə hərbçiləri İraqdakı Başika bazasından çıxmayacaq.“Haber7″ bildirir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırım İraqa rəsmi səfərindən sonra deyib.
Onun sözlərinə görə, Başika İraq torpağıdır: “Deməli, həm də İraqın bazasıdır. Bu, hərbi düşərgənin İraqdakı hökumətdən asılı olmadığı demək deyil. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.

Türkiyənin Baş naziri Binali Yıldırım yanvarın 7-8-də İraqda rəsmi səfərdə olub. İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin Baş naziri B.Yıldırımla keçirdyi görüşün yekununa həsr olunan mətbuat konfransında bildirib: “Türkiyə hərbçilərinin Başikadan çıxması ilə bağlı İraqın istəyi əsasında razılıq əldə edilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.