Türkiyə Böyük Milli Məclisinin (TBMM) qarşısında konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı etiraz aksiyası keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyasında CHP-li millət vəkilləri, QHT üzvləri iştirak edib.
Polis dağılmaq əmrinə tabe olmayan iştirakçılara qarşı bibər qazından istifadə edib. Polislə etirazçılar arasında baş verən qarşıdurmada CHP-nin Ankara millət vəkili Necatı Yılmazın protez dişi qırılıb. Digər CHP-li deputatlar Orxan Sarıbal, Əli Şəkər və Şənər Saruhan da polisin müdaxiləsi zamanı yaralanıb. [media=https://www.youtube.com/watch?v=4qlBwPldnRA]